BLOQ

Pateli sakitləşdirin

Diqqəti ikinci dərəcəli elementlərə deyil, əsas mövzulara yönəldin!

Pateli sakitləşdirin
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dövlət Departamentinin nümayəndəsi Patel şərti sərhəddə erməni təxribatını şərh edərkən aşağıdakıları açıqlayıb:

    “...Hesab edirik ki, bu cür zorakılıq Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir və biz bu ölkələrin hər ikisinin liderlərini ayın 14-də Brüsseldə toplaşacaqları zaman – bu iki tərəf mayın əvvəlində Vaşinqtonda ev sahibliyi etdiyimiz bu danışıqlarda iştirak edərkən katib Blinkenin müzakirə etdiyi kimi, sərhəd boyunca qüvvələrini uzaqlaşdırmağa razı olmağa çağırırıq”.

    Yəni, qoşunların şərti sərhəddən çıxarılması ABŞ-da tərəflər arasında razılaşma deyil, sadəcə ABŞ-ın təklifidir ki, o da müzakirə olunub!

    Azərbaycan hələ də ərazi iddiaları olan, silahlı qüvvələrinin qalıqlarını Azərbaycandan çıxarmayan, azərbaycanofobiya, türkofobiyanı inkişaf etdirən, azərbaycanlıları və türkləri qətlə yetirən terrorçuları vəsf edən bir ölkə ilə şərti sərhəddən niyə qoşunlarını çıxarmalıdır?!

    Cənab Patel və bütün Dövlət Departamenti! Diqqəti ikinci dərəcəli elementlərə deyil, əsas mövzulara yönəldin - vaxtaşırı təkrarlayın ki, proses Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması çərçivəsində getməlidir, Qarabağ Azərbaycandır, sərhədin müəyyən edilməsi prosesi yalnız sülh müqaviləsi imzalandıqdan və güc tətbiq etməmək üzrə sabit öhdəliklərdən sonra ola bilər...

    Amma bu ruhda davam etsə, ikinci dərəcəli mövzuları əsas mövzu kimi qələmə versə, Patelin Zaxorovadan, ABŞ-ın isə Rusiyadan heç bir fərqi qalmır... Onlar eyni görünürlər!