BLOQ

Yeni standart?

Rusiya-Azərbaycan münasibətləri barədə

Yeni standart?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya-Azərbaycan münasibətləri əvvəllər bir başqa standartda idi. Münasibətlər hər iki ölkənin prezident aparatları arasında tənzimlənirdi. Ancaq məlum və məlun təyyarə qəzasından sonra Rusiya bu sahədə redəktələrə getdi. İki dövlət arasındakı münasibətlərin standartı dəyışdi.

    Martda Valentina Matviyenko, Rusiya Federasiya Şurasının rəhbəri subliminal bir mesajla Bakıya tələsdi.
    Rusiya Federal subyektlərini idarə edən Matviyenko sanki indi Azərbaycana da bir ňöv Rusiyanın Federal kodunu verirdi. Münasibətlərimizi ölkələrarasi müstəvidən Rusiyadaxili federal səviyyəsinə endirirdi.
    Rusiya və Azərbaycan münasibətlərinin yeni kuratoru Valentina Matviyenko olurdu.

    Siyasi dialoq ücun yeni marşrut prezident aparatlarından yan ötməli idi. Milli Məclislə Rusiya Federasiya Şurası arasında qurulmalı idi.

    İlham Əliyevdən yan ötəcək bu yeni standart, sözsüz, Bakı üçün qəbuledilməzdir.

    Buzlar burada çatladi. Sonra indiki məzmununu qazandı.