Erməni revanşistləri Vaşinqton görüşü haqda nə yazır?
Hərbi canilər Köçəryan və Sarkisyana məxsus KİV-lərin hay-şüvənliyi

Hərbi canilərə məxsus revanşist erməni KİV-ləri Əliyevlə Paşinyan arasında ABŞ-da gözlənilən görüşdən narazılıqlarını bildirərək, memorandumun imzalanmasının ölkənin milli maraqlarına zidd olduğunu təbliğ etməyə başlayıblar. Serjik Sarkisyana aid “Alpha News” kanalının baş redaktoru Tiqran Köçəryanın açıqlaması:
Paşinyan və Əliyev tərəfindən Vaşinqtonda mümkün sülh memorandumunun imzalanması erməni milli maraqlarına zidd olacaq.
Paşinyana lazım olan yeganə şey Ermənistan əhalisinə satmaq və onunla seçkilərə getmək üçün içində “sülh” sözü olan bir parça kağızdır. Danışıqlarda Paşinyan üçün şəxsi zəmanət onun qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasıdır. Hər kəs anlayır ki, bu “sülh” həqiqi sülhün bərqərar olmasından daha çox növbəti kapitulyasiyaya bənzəyəcək.
“Sülh”ün bərqərar olması İran və Rusiyanın da maraqlarını pozacaq. Amerikanın silahlı Özəl Hərbi Kompaniyası İranın şimalında olan yolu bağlayacaq. Ermənistanın özü də müxtəlif geosiyasi mərkəzlərin nəzarətində keçəcək ki, bu da son nəticədə Ermənistanın “suriyalaşmasına” gətirib çıxara bilər.
Amma Türkiyə, Azərbaycan və ABŞ üçün bu, kifayət qədər məqbul variantdır”.
Robert Köçəryana məxsus "Armyanskaya vendetta" Teleqram kanalı bu mövzuda bunları yazır:
"Paşinyan sərmayələr vədləri və əvvəllər geniş reklam edilən “Sülh kəsişməsi” layihəsinə dəstək vədləri ilə Ermənistanın şərq və qərb qonşularına “Cənubi Qafqazın sülhsevər gələcəyi” haqqında təmtəraqlı ifadələr pərdəsi altında maneəsiz tranzit keçirməyə icazə verərək, dəhlizi amerikalılara təhvil verməyə gedir.
Öz növbəsində ABŞ dəhlizə, logistikaya və bütövlükdə regiona hərtərəfli nəzarəti əldə edir. Əslində, Özəl Hərbi Kompaniya adı altında Ermənistanda İran və Rusiyaya qarşı yönəlmiş NATO infrastrukturu yaradılır.
Politoloq Vahe Davtyanın qeyd etdiyi kimi, “Zəngəzur dəhlizi” layihəsi Mehenin məşhur “anakonda metodu”na tamamilə uyğundur. O, “David dəhlizi” və “Ben-Qurion kanalı” ilə yanaşı, İranın nəqliyyat sistemini iflic edir, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini bağlayır, həmçinin Mərkəzi və Qərbi Asiyada Çin təsirinin artmasının qarşısını alır, Avropa-Qafqaz-Asiya kommunikasiya xətti üzərində ABŞ-ın nəzarətini təmin edir.
Cənubi Qafqazda anti-Rusiya oxunun formalaşması, Rusiya ilə İran arasında kommunikasiyaların məhdudlaşdırılması və Rusiya faktorunun regionun kritik infrastrukturlarından kənarlaşdırılması çox uzaq hədəflər güdür."
Maraqlıdır ki, hər iki hərbi caniyə məxsus media Ermənistanın maraqlarındansa sinxron olaraq Rusiya və İranın qayğılarından narahatdırlar.