BLOQ

Zatulin - Rusiya xarici siyasətinin “güzgüsü" kimi

O, gərgin fəaliyyəti nəticəsində postsovet ölkələrinin əksəriyyətində "persona non-qrata" olub

Zatulin - Rusiya xarici siyasətinin “güzgüsü" kimi
Konstantin Zatulin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • K.Zatulin, “banilərin”in sözü olmasın, bir növ Rusiya xarici siyasətinin “güzgüsüdür”...

    O, Dövlət Dumasının uzun və qəliz adı olan komitə sədrinin birinci müavinidir.  Qısası, postsovet ölkələri ilə münasibətlər mövzusu məsələlərinə “baxır”.

    Bu sahədəki gərgin fəaliyyət nəticəsində o, “kuratorluq etdiyi” ölkələrin əksəriyyətində "persona non-qrata"ya çevrilib. O, həm də Qərbin bir sıra sanksiyalarına məruz qalıb.

    Ümumiyyətlə, bu cür siyasətçilərlə Rusiyanın xarici siyasətinin bu və digər sahələrdə növbəti uğursuzluğu, yumşaq desək, gözləniləndən də artıqdır...