BLOQ

Qanuni dönər necə olmalıdır?

Qida Təhlükəsizliyi Agentliyi sanitar normaları təsdiqləyib

Qanuni dönər necə olmalıdır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dönərin istehsalı və satışı üçün sanitar normaları təsdiqləyib:

    - Qaydaya əsasən, hər bir çiy dönər partiyasının emal prosesi (ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi) havanın temperaturu +12 dərəcədən yüksək olmayan şəraitdə eyni növbə ərzində həyata keçirilməli və həmin müddətdə ətin 7 dərəcədən (quş ətinin 4 dərəcədən) yüksək olmayan temperaturunun saxlanması təmin olunmalıdır.

    - Təzə çiy dönərin hazırlandığı, habelə dondurulmuş çiy dönərin donunun açıldığı vaxtdan bişirməyə başlanmasına qədərki müddətdə saxlanması və daşınması +1 dərəcə ilə +4 dərəcə arasında olan temperaturda həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır.

    - Qırmızı ət dönəri quzu və ya mal ətindən (dana əti daxil olmaqla), quzu və mal əti qarışığından (dana əti daxil olmaqla) hazırlanır.

    - Quş dönəri (toyuq, hinduşka) toyuq əti, hinduşka əti, toyuq və hinduşka qarışığından emal edilir.

    - Dönərdə quzu və mal ətini toyuq və hinduşka əti ilə qarışdırmaq olmaz.

    - Dönərin tərkibində yağ və yağdan başqa heç bir əlavə məhsul olmamalıdır.

    - Dönər hazırlayarkən bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə icazə verilmir.

    - Dönər hazırlandıqdan sonra saxlama müddəti 12 saata qədərdir.