BLOQ

Dəniz yükümüz

Dəniz nəqliyyatı ilə yükdaşımalar 20 faizdən çox artıb

Dəniz yükümüz
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 7 651,1 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 21,1 faiz üstələyir.

    Yüklərin 55,6 faizini neft yükləri təşkil edib.

    Hesabat dövründə dəniz limanları tərəfindən 11 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9 221,1 min tonunu və ya 82,6 faizi tranzit yüklərin payına düşüb. Cari ilin noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 366,7 min ton təşkil edib.

    Dövr ərzində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin 10 ayının göstəricisinə nisbətdə 13,6 faiz artaraq 20,1 min nəfər olub.