XƏBƏRLƏR / Siyasət

Bakıdan Nusseibehin namizədliyinin irəli sürülməsindən alqış

BƏƏ dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb

Bakıdan Nusseibehin namizədliyinin irəli sürülməsindən alqış
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq.

    Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

    Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq.

    Bu barədə XİN sözşüsü Ayxan Hacızadə bildirib.