XƏBƏRLƏR / Hadisə

Bakı metrosunda fövqəladə hal baş verib

Qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda fövqəladə hal baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı metrosunda "Həzi Aslanov - Dərnəgül" istiqamətində qatarların hərəkətində ləngimə yaranıb. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Qatar vaqonlarından birinin qapısının nasazlığı səbəbindən sərnişinlər “Ulduz” stansiyasında endirilib. Qatar Nərimanov elektrik deposuna yola salınıb. Nəticədə qatarların hərəkətində üç dəqiqəlik gecikmə yaranıb.

    Məlumata görə, onun yerinə başqa qatar xəttə buraxılıb.