Məhv edilən şəxsin kimliyi açıqlandı
Bu barədə Daxili İşlər Nazirliyindən bildiriblər
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki 19 saylı binada ("Tarqovı") gizlənməsi müəyyən edilib. DİN bildirib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, məhv edilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.