XƏBƏRLƏR / İctimaiyyət

Bakı-Qazax magistralında avtomobil aşıb

Xəsarət alanlar var

Bakı-Qazax magistralında avtomobil aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər - Rüstəmov Elşən Ələmqulu oğlu və Rüstəmov Həsən Vahid oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.