Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.
1 dəqiqədən az