Bakı şəhərinin çoxdan gözlənilən Baş Planı dərc edildi
İlham Əliyev “Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” sərəncamı 2018-ci ildə imzalayıb

Bakı şəhərinin Baş Planının hazırlanması işləri Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27.06.2018-ci il tarixli 256 nömrəli Sərəncamı və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.04.2019-cu il tarixli DŞAK/AZ/BAKU/Layihə/1 nömrəli sifarişi ilə həyata keçirilmişdir.
Dekabrın 30-da Azərbaycanın Baş naziri Əli Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafının baş planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Baş plan beynəlxalq tenderin qalibi Almaniyanın AS+P Albert Speer + Partner Gmbh şirkəti tərəfindən hazırlanıb.
PDF formatında Baş Planla burada tanış ola bilərsiz.