Novruzəli Aslanov yenidən AzQAC prezidenti seçilib
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisi baş tutub

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXVII Baş Məclisində təşkilata yeni rəhbər seçilib.
Baş Məclis nümayəndələri tərəfindən təsdiq olunmuş protokola əsasən, Novruzəli Aslanov yenidən Cəmiyyətin prezidenti vəzifəsinə seçilib.
Rövşən Əliyev və Qafar Əsgərzadə isə AzQAC-ın vitse-prezidentləri seçiliblər.
Qeyd edək ki, nəticələri Hesablama komissiyasının sədri İsa Qaraşov Baş Məclisə təqdim edib.