Bakı-Supsa kəmərinin mühafizə zonasında narkotik aşkarlanıb
Bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib
İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunub.
Bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Narkotik vasitə Yevlax rayon polis şöbəsinə təhvil verilib”, - məlumatda vurğulanıb.