XƏBƏRLƏR / Diplomatiya

Bakı Tbilisiylə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verib

Bakı Tbilisiylə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Gürcüstan ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

    Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirliklərinin nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələrin sonuncu mərhələsi keçirilib. Nümayəndə heyətlərinə xarici işlər nazirinin müavinləri Şərifov və Darsaliya rəhbərlik ediblər. Onlar iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.

    Strateji tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib və ölkələr arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün çox vacib olduğu qeyd edilib. Gürcüstan tərəfinə münaqişədən sonrakı dövrdə regionda yaranan yeni reallıqlar, Azərbaycanın sülh proqramı və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verilib.