Bakı və Kiyev iqtisadi əməkdaşlıq planını qəbul ediblər FOTO
Sənəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 14-cü iclasında Pərviz Şahbazov və Denis Şmıhal imzalayıblar
Azərbaycan və Ukrayna 2026-2027-ci illər üçün iqtisadi əməkdaşlığın inkişafı üzrə fəaliyyət planı qəbul ediblər.
Sənəd Ukraynanın Ujqorod şəhərində keçirilən iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 14-cü iclasında qəbul edilib.

Tərəflər ticarət, investisiya, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycan tərəfinin məlumatına görə, bu ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 10,5%, Azərbaycandan Ukraynaya ixrac isə 17% artıb.

Görüşün sonunda Azırbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukrayna Baş nazirin birinci müavini və Energetika naziri Denys Şmıhal hökumətlərarası komissiyanın iclasının protokollarını imzalayıblar və 14 sahəni əhatə edən fəaliyyət planı qəbul ediblər.
1 dəqiqədən az