İlham Əliyev Şamaxı rayonuna səfər edib YENİLƏNİR
Prezident bir sıra obyektlərin açılışında iştirak edib
İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Təxminən 100 hektar ərazini əhatə edən kompleks süni intellektə əsaslanan ən son texnologiyalar və sistemlərlə təchiz olunub və alternativ və yaşıl enerjidən istifadə edir. O, müxtəlif cinslərdən olan 9000 baş mal-qaranın saxlanması üçün nəzərdə tutulub və özünün istehsal, yem və emal müəssisələrinə malikdir.
Şamaxıdakı "Şirvan Aqro" kompleksi təkcə Azərbaycanda deyil, həm də Cənubi Qafqazda ən böyük ət və südçülük fermasıdır.
***
Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək.
***
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

***
Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.

Prezident xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
1 dəqiqə