Bakı və London Müdafiə Əməkdaşlıq Planı imzalayıblar
Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi məlumat yayıb
Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri 2026-2027-ci illər üçün İkitərəfli Müdafiə Əməkdaşlıq Planı imzalayıblar.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında xəbər verilib:
"Müdafiə sahəsində Az'rbaycanla sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıqdakı rolundan qürur duyur.
Dünən, Britaniya və Azərbaycan müdafiə nazirlikləri 2026/27-ci illər üçün Müdafiə sahəsində İkitərəfli Əməkdaşlıq Planını imzaladılar.
Paylaşılan prioritetləri yerinə yetirmək üçün sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik".

1 dəqiqədən az