Rusiya və İran müdafiə nazirləri telefonla danışıb
Ölkələr arasında qarşıdan gələn Böyük Dövlətlərarası Müqavilə müzakirə olunub
Rusiya Federasiyası və İranın müdafiə nazirləri Sergey Şoyqu və Məhəmməd Aştiani arasında telefon danışığı olub.
Rusiya mətbuatının məlumatına görə, danışıqlar zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın cari məsələləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri üzrə də fikir mübadiləsi aparılıb.
Tərəflər Rusiya-İran münasibətlərinin əsas prinsiplərinə, o cümlədən bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə sadiqliklərini vurğuladılar və bu, Rusiya və İran arasında qarşıdan gələn Böyük Dövlətlərarası Müqavilədə təsdiqlənəcək.