Ermənilər Qarabağdakı RSK komandanının dəyişdiyini deyir
Rusiya Müdafiə Nazirliyi general-mayor Andrey Volkovu general-polkovnik Aleksandr Lentsova dəyişib
Erməni mətbuatı general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinın komandiri təyin edildiyini yazır. Məlumat hələ rəsmi təsdiqlənməyib.
1956-cı ildə Krasnodarda anadan olan Aleksandr Lentsov Rusiyanın quru qoşunlar komandanının müavini, hava-desant qoşunlarının komandan müavini və müdafiə nazirinin müşaviri vəzifələrində çalışıb. Lentsov Əfqanistan müharibəsindən (1979-1989) tutmuş Suriya müharibəsinədək (2015-2023) Rusiyanın apardığı bütün savaşlarda iştirak edib. Maraqlıdır ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukrayna hücumunda və işğalında Lentsovun iştirakı barədə tərcümeyi-halında məlumat yoxdur.