Bakı və NATO minatəmizləmə məsələlərini müzakirə ediblər
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) xəbər verib
Azərbaycan və NATO humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Danışıqlar Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladovla NATO-nun Silahlara Nəzarət, Silahsızlaşdırma və Yayılmanın Qarşısının Alınması Bölməsinin rəhbəri Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə baş tutub.
Cari əməkdaşlıq və beynəlxalq tərəfdaşların dəstəyi müzakirə olunub. Samir Poladov həmçinin NATO nümayəndə heyətinə ANAMA-nın davam edən əməliyyatları və agentliyin humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı barədə məlumat verib.
1 dəqiqədən az