XƏBƏRLƏR / Hərbi

Qarabağdan Gorusa çıxan RSK Ermənistanda qalacaq? FOTO

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib

Qarabağdan Gorusa çıxan RSK Ermənistanda qalacaq? FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycan ərazisini tərk edən Rusiya sülhməramlı kontingentinin (RSK) bir hissəsi yeni Laçın yolu ilə Ermənistana çıxarılıblar. Onlar Gorus şəhərində dislokasiya olublar.

    Erməni jurnalistləri  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana RSK-nın ölkə ərazisində qalıb-qalmayacağı barədə verdiyikləri suala məmur belə cavab verib: "Qarabağda sülhməramlı fəaliyyətlərin yerləşdirilməsi və qulluq çəkməsi üçün Ermənistan hökuməti tərəfindən Rusiya sülhməramlı qüvvələrinə Gorus və Sisianda müvəqqəti dislokasiya məntəqələri ayrılıb...

    Rusiya sülhməramlı kontingenti Qarabağı tərk etdiyi üçün məlum səbəblərdən Ermənistan Respublikasında qala bilməz. Qarabağ sülhməramlı kontingentinin bir qrup hərbi qulluqçusu və konvoyu Gorus və Sisiandakı müvəqqəti yerləşdirmə mərkəzlərinə onların bağlanması işini təşkil etmək üçün gedib".