NATO 90 min əsgərin iştirak etdiyi təlimlərə hazırlaşır
Təlim Soyuq Müharibə bitdikdən sonra alyansın ən böyük hərbi təlimi olacaq
“Reuters”in məlumatına görə, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli deyib.
NATO-nun “Steadfast Defender 2024” təlimi gələn həftə başlayacaq və təxminən 90 min hərbçi iştirak edəcək.
Təlim Soyuq Müharibə bitdikdən sonra alyansın ən böyük hərbi təlimi olacaq.
Təlim ssenarisi Rusiyanın alyans ərazisinə simulyasiya edilmiş hücumunu əhatə edəcək.