XƏBƏRLƏR / İqtisadiyyat

Bakı və Şimali Makedoniyanın kənd təsərrüfatı əməkdaşlığı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şimali Makedoniyalı həmkarı Lubko Nikolovski ilə saziş imzalayıblar.

Bakı və Şimali Makedoniyanın kənd təsərrüfatı əməkdaşlığı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

    Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Şimali Makedoniyanın kənd təsərrüfatı, meşə təsərrüfatı və su təsərrüfatı naziri Lubko Nikolovski imzalayıblar.