XƏBƏRLƏR / Kriminal

Bakıda arvadına xəsarət yetirərək qaçan şəxs Çində tutulub

DİN xəbər verir

Bakıda arvadına xəsarət yetirərək qaçan şəxs Çində tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

    DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

    Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.