XƏBƏRLƏR / Kriminal

Moskvada partlayış: General həlak olub YENİLƏNİB

“Kommersant” yazır

Moskvada partlayış: General həlak olub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:27

    Moskvanın Ryazanski prospektində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillovun ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi tezliklə terror aktı kimi tövsif olunacaq.

    Bu barədə “Kommersant” yazıb.

    Nəşrin yazdığına görə, cinayəti törədən şəxs və onun mümkün şəriki tutulsa, dövlətə xəyanətdə ittiham olunacaqlar.

    İstintaqın versiyasına görə, cinayəti açıq şəkildə Ukrayna xüsusi xidmət orqanları - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) və ya Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həyata keçirib. Onların nümayəndələri general Kirillovu, çox güman ki, ictimai şəxs olduğuna görə hədəf seçiblər. 2017-ci ildən qoşunlara rəhbərlik edərək, brifinqlərdə iştirak edib, o cümlədən Ukraynadakı Amerika bioloji laboratoriyaları haqqında danışıb.

    Belə bir versiya da var ki, terror hücumu Müdafiə Nazirliyinin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasına hazırlana bilərdi ki, cinayət sözün əsl mənasında bütün dünyada gurultulu olsun, lakin nədənsə növbəti günə təxirə salınıb.

    Qeyd edək ki, dünən Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiya MN-nin kollegiya iclası keçirib.

    ***

    09:25

    Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.

    Bu barədə TASS xəbər verib.

    Hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.

    Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

    Partlayış nəticəsində evin giriş qapısı çərçivədən çıxıb, şüşələr sınıb.

    Generalın xidməti avtomobilinə də ziyan dəyib.