XƏBƏRLƏR / Kriminal

Bakıda ər-arvad qətlə yetirilib

Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb

Bakıda ər-arvad qətlə yetirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda ər-arvad qətlə yetirilib.

    Hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb.

    Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.

    Fakt araşdırılır.

    İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.