XƏBƏRLƏR / Kriminal

Türkiyəli müğənni Hadisə saxlanılıb

Türkiyə mediası xəbər verir

Türkiyəli müğənni Hadisə saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbul Prokurorluğu “narkotik və ya stimullaşdırıcı maddədən istifadə” cinayəti ilə bağlı başladılan istintaq çərçivəsində Hadisə, İrem Derci, Kubilay Aka, Kaan Yıldırım, Demet Evqar, Birce Akalay, Özge Özpirinçci və Berrak Tüzünataç da daxil olmaqla tanınmış simalardan ifadə və qan nümunələrinin toplanmasına göstəriş verib.

    Türkiyə mediası xəbər verir ki, prokurorluq həmin şəxslər barəsində həbs qətimkan tədbirinin olmadığını vurğulayıb.