Bakıda Ərdoğanın qələbəsi atəşfəşanlıqla qeyd olunub VİDEO

Sakinlər əllərində Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə axın edərək, Ərdoğana dəstək ifadə ediblər

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycanın şəhərlrində, o cümlədən Bakıda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qələbəsi qeyd edilib.

    Sakinlər qələbə xəbərini böyük coşqu ilə qarşılayıblar.

    Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə axın edərək, Ərdoğana dəstək ifadə ediblər.

    Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.