XƏBƏRLƏR / İctimaiyyət

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Hadisə Xanərəb kəndində baş verib

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

    Hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

    1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

    T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.