XƏBƏRLƏR / İctimaiyyət

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Hər iki faktla bağlı araşdırma aparılır

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda iki ünvanda dəm qazından zəhərlənmə hadisəsi olub.

    2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Bundan başqa, 2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25 ünvanında hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Hər iki faktla bağlı araşdırma aparılır.