Bakıda kəskin tozlu hava müşahidə olunur
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havada toz hissəciklərinin qatılığı normadan 1,2 dəfə çoxdur.
Onun sözlərinə görə, günün ikinci yarısından etibarən Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur. Peykdən çəkilmiş görüntülərə görə, atmosferdə böyük miqdarda tozun yaranmasına Xəzər dənizindən cənub küləklərindən gələn hava kütlələri səbəb olub.
Yaxın iki gündə Bakıda və yarımadada tozlu hava şəraiti davam edəcək.