XƏBƏRLƏR / Hava

Sabah Bakıda 30-35, bölgələrdə 34-39 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah Bakıda 30-35, bölgələrdə 34-39 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

    Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.