XƏBƏRLƏR / Kriminal

Bakıda kişi bizlə qətlə yetirilib, qaynatası şübhəli bilinir

Hadisə Binəqədi rayonunda qeydə alınıb

Bakıda kişi bizlə qətlə yetirilib, qaynatası şübhəli bilinir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda qətl hadisəsi törədilib.

    Hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Məlumata görə, Bakı sakini Ədil Məhərrəmov bizlə öldürülüb.

    Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qayınatası, əvvəllər məhkum olunmuş Nəcəf Qafarov tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.