XƏBƏRLƏR / Hava

Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır

Faktiki hava

Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib.

    Məlumata görə, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

    Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Quba, Şabran və Qobustanda isə arabir yağış yağır.