Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Xatırladaq ki, martın 12-də - Yel çərşənbəsində iki nəfərin tonqala düşməsi ilə bağlı sosial şəbəkə platformalarında görüntülər yayılmışdı.