XƏBƏRLƏR / Ekologiya

Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib

Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi bildirib.

    O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:

    "Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

    Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.