XƏBƏRLƏR / Ekologiya

Xəzər dənizi dəhşətli sürətlə dayazlaşır

Bu barədə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutu həyəcan təbili çalır

Xəzər dənizi dəhşətli sürətlə dayazlaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutundan RİA Novosti-yə verilən məlumata görə, Xəzər dənizi 7,4% dayazlaşıb.

    Son 39 ildə Xəzər dənizinin səth sahəsi 28.600 kvadrat metr kiçilib. Bu o deməkdir ki, dayazlaşma sahəsi Albaniyanın ölçüsünə bərabərdir.

    "Bu müddət ərzində dəniz səviyyəsi təxminən üç metr aşağı düşüb və bu da mənfi nəticələrə gətirib çıxarıb: Volqa-Xəzər Gəmiçilik Kanalının və bütün Xəzər limanlarının dayazlaşması naviqasiyaya mane olur və dəniz yaşayış məntəqələrindən uzaqlaşır", - deyə alimlər bildiriblər.

    "Dəniz səviyyəsinin aşağı düşməsində hələlik yavaşlama müşahidə etməmişik, çünki əksinə, 2005-2019-cu illərdə dəniz səviyyəsi ildə orta hesabla 8,16 santimetr azalırdısa, 2020-2024-cü illərdə bu sürət ildə 22,7 santimetrə qədər artıb", - deyə tədqiqatın aparıcı müəllifi və institutun baş tədqiqatçısı Andrey Kostyanoy bildirib.

    Lakin dəniz səviyyələri daha sürətli enir - 1995-ci ildən bəri 3 metr azalıb. Alimlər proqnozlaşdırırlar ki, 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səth sahəsi daha 2-21 metr azala bilər.