XƏBƏRLƏR / Ekologiya

Çaylarda sululuq artıb

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Avtomat hidroloji stansiyaların iyunun 14-ü saat 10:00-a olan məlumata əsasən, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 25 sm, Həkəriçayda 6 sm, Oxçuçay və Bərgüşadçayda isə 3 sm artım qeydə alınıb.

    Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 267 m3/san olmaqla normanın 45%-ni təşkil edir.