Babayev: "Söyüdlü kəndində hər şey norma daxilindədir"
Ekologiya və təbii sərvətlər naziri jurnalistlərə açıqlama verib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iyunun 22-də və 27-də Nazirlər Kabineti nəzdində yaradılmış Komissiya üzvləri Gədəbəyin Söyüdlü kənd sakinləri ilə görüş keçirib, texnoloji prosesi ilə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb:
“Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyini məlum oldu”.
Nazirin qeyd etdiyi əsas tezislər:
- Komissiyanın tərkibində olan bütün qurumlar müvafiq işləri həyata keçirib.
- Kənd sakinlərinə monitorinqin ilkin nəticələrini açıqlamışıq.
- Zavodun havaya təsiri norma daxilindədir.
- Söyüdlüdə bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır. Səhiyyə Nazirliyi müvafiq göstəriciləri təqdim edib:
- “Qan dövranı və digər xəstəliklər rayon xəstəlikləri rayon göstəriciləri səviyyəsinə, bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır”.
- Bitki və heyvan sağlamlığı ilə bağlı xəstəliklərin tullantı suları ilə əlaqəli olmadığı üzə çıxıb:
“Arı xəstəlikləri ilə bağlı sionidin təsiri üzə çıxmayıb”.
- Söyüdlüdə mədən istismarının müvəqqəti dayandırılması təklif edilib, razılıq əldə olunub.