Söyüdlü kəndində vəziyyət çox ciddi formada araşdırılacaq
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib
Gədəbəy rayonunun Söyüdlü kəndindəki tullantıxana sahəsində prosesin nə qədər düzgün getdiyi ciddi araşdırılacaq və sonda Nazirlər Kabinetinə təkliflər təqdim olunacaq.
Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Kənd sakinləri ilə müzakirələrin aparıldığını qeyd edən Komissiya sədri vurğulayıb ki, bütün narazılıqlar, təkliflər, iradlar qeyd olunub: “Məsələ çox ciddi formada araşdırılacaq. Artıq monitorinqlərə başlanılıb. Çalışacağıq ki, bütün suallara tez bir zamanda aydınlıq gətirək və Nazirlər Kabinetinə də lazımi təklifləri hazırlayıb təqdim edək”.