Çin Yaponiyadan dəniz məhsullarının idxalını dayandırdı
Bu, Fukusima nüvə tullantıları sularının dənizə axıdılması ilə bağlıdır
Çin bu gündən etibarən Yaponiyadan bütün növ dəniz məhsullarının idxalını dayandırıb.
Bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
"Fukusima nüvə tullantıları sularının dənizə axıdılması nəticəsində yaranan radioaktiv çirklənmənin qida təhlükəsizliyi risklərinin kompleks şəkildə qarşısının alınması, Çin istehlakçılarının sağlamlığının qorunması və idxal olunan ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Gömrük İdarəsi 24 avqust 2023-cü il tarixindən Yaponiya mənşəli su məhsullarının, o cümlədən yeməli dəniz heyvanlarının idxalını tamamilə dayandırmaq qərarına gəlib", - gömrük orqanının açıqlamasında bildirilir.