Tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun məlumatı
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır. Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”