XƏBƏRLƏR / Ekologiya

Zəngəzur Milli Parkında beş bəbir görünüb

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında məlumat yayılıb

Zəngəzur Milli Parkında beş bəbir görünüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Zəngəzur Milli Parkında beş bəbir görünüb.

    Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan beş bəbirin görüntüsü paylaşılıb.

    Paylaşımda deyilir: "Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlk dəfədir ki, kameralarımıza beş bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsınız - adını sizinlə birlikdə "Banu" qoyduğumuz ana bəbir və yanında üç balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".

    Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.