“Sədərək” və “Binə” ticarət mərkəzləri cəzalandırıldı
Ticarət mərkəzləri tullantı suları əvvəlcədən təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıb

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin tullantı suları əvvəlcədən təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılıb.
11-ci rayon ekologiya və təbii sərvətlər şöbəsindən verilən məlumata görə, bu, sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında aparılan araşdırma nəticəsində müəyyən edilib.
Suyun analizinin nəticələri göstərib ki, zərərli maddələrin icazə verilən normaları keçib.
Tullantı sularını qanunsuz olaraq Xəzər dənizinə axıtdığına görə Böyük Şəhərlərin Su Təchizatı Agentliyi 12500 manat cərimə olunub.