XƏBƏRLƏR / Ekologiya

Cənubi Azərbaycandakı Urmiya gölü tamamilə quruyub

Ən böyük duz göllərindən birinin yoxa çıxdığını təsdiqləyən peyk görüntüləri dərc edilib

Cənubi Azərbaycandakı Urmiya gölü tamamilə quruyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.

    İran mediası dünyanın ən böyük duz göllərindən birinin yoxa çıxdığını təsdiqləyən peyk görüntülərini dərc edib.

    İran rəsmiləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, gölü xilas etmək üçün görülən tədbirlər effekt verməsə, Urmiya yayın sonuna qədər yox olacaq.

    Büdcəsi 6 milyard dollar olan irimiqyaslı ekoloji layihəyə start verilsə də, göl bərpa oluna bilməyib. Əsas səbəb kimi ölkədə uzun müddət davam edən quraqlıq göstərilir.