XƏBƏRLƏR / Ekologiya

Proqnozlar Xəzər dənizində suyun azalacağını göstərir

Bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bəyan edib

Proqnozlar Xəzər dənizində suyun azalacağını göstərir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir”.

    Bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib.

    “Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır. Təəssüf ki, bu modellərin təxminən 10%-i suyun artması ilə əlaqəlidir”, – Muxtar Babayev bildirib.

    “Xəzər dənizinin quruması balıqçılıq, neftçilik, logistika, limanların fəaliyyəti və digər sahələrə mənfi təsir göstərəcək. Bu ərazilərdə yaşayan insanlar təbii olaraq işlərini itirəcəklər və şəhərə köçməyə məcbur olacaqlar. Deməli, şəhər üzərində təzyiq güclənəcək. Üstəlik, küləklər quruyan ərazilərdən çoxlu miqdarda toz-torpağı ətraf yerlərə yayacaq. Bütün bunlar mənfi nəticələrə səbəb olacaq”, – Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi deyib.