XƏBƏRLƏR / Ekologiya

Havada toz müşahidə olunur

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu xəbər verir

Havada toz müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

    Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.

    "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva bildirib.