XƏBƏRLƏR / Ekologiya

Bəzi çaylarda sululuq artıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bəzi çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.