XƏBƏRLƏR / Ekologiya

Kürdə balıqlar məhv olur: araşdırma başlayıb

Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb

Kürdə balıqlar məhv olur: araşdırma başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

    Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.